Home » » Neftçi Tarix Yazdı

Neftçi Tarix Yazdı

"Apoel"-"Neftçi" matçı klubumuzun qələbəsi ilə başa çatdı.

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi.
Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilərdi. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “neftçilər” cavab matçında mütləq qalib gəlməli, və ya bol qollu heç-heçəyə nail olmalıydı.
 
Azərbaycan çempionu isə bəlkə də çoxlarının gözləmədiyi halda möhtəşəm qələbəyə imza atıb. 3:1 hesablı qələbə "ağ-qaralar"ın həm uzun illər öncə bu kluba avrokuboklardakı məğlubiyyəti, həm də Türkiyə bayrağını yandırması və Ermənistan bayrağını qaldırmasına tutarlı cavab olub. Amma ən əsası isə ilk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb!!!
 
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
30 avqust
 
APOEL - NEFTÇİ - 1:3 (1:2)
Qollar: C.İmamverdiyev, 22 (0:1), J.Bobay, 30 (0:2), S.Benaşur, 44 (1:2), Flavinyo, 60 (1:3)
Baş hakim: Said Enjimi (Fransa).
Nikosiya. GSP Arena.
İlk oyun – 1:1

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...