Home » » Arsenal azarkeşləri çox hirslidir

Arsenal azarkeşləri çox hirslidir



Robin Van Persi yandı!

Arsenal tərəfdarları, Van Persinin Manchester Unitedə transfer edilməsinin ardından reaksiyalarını Hollandiyalı ulduzun formasını yandıraraq göstərdilər.

Robin Van Persinin Arsenaldan Manchester Unitedə transferinin əks-sədaları davam edir. Hollandiyalı ulduzun, 24 milyon funt qarşılığında Qırmızı Şeytanlara keçməsi London klubunun tərəfdarlarını qəzəbləndirdi. Keçən mövsümü qol kralı olaraq tamamlayan məşhur hücumçunun özlərinə xəyanət etdiyinə inanan Arsenallı tərəfdarlar, bu futbolçuya olan reaksiyalarını formasını yandıraraq göstərdi. Arsenal tərəfdarının bu etirazı, Van Persinin Manchester United formasıyla Emiratesə çıxdığı zaman nə qədər çətinlik çəkəcəyinin göstəricisidir. Bu arada baş məşqçi Alex Fergusonun həftə sonunda Everton ilə oynanılacaq mövsümün ilk matçında Robin Van Persiyə ilk 11-də şans verməsi gözlənilir.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...