Home » » İdman dünyasından xəbərlər

İdman dünyasından xəbərlər


Bekhemin 1günlük qazancı ne qədərdir?
Karyerasını ABŞ-ın “Los Angeles Qalaksi” klubunda davam etdirən İngiltərəli futbol ulduzu Devid Bekhem ötən mövsümün razılaşması ilə 13.3milyon sterlinq qazanıb.Mühasibat qeydlərində Bekhem sayəsində ona sponsorluq edən "Footvork Productions"ın 2011-ci ildə hesabına 15.2 milyon sterlinq daxil olduğu bildirilir. “Armani”, “Adidas”, “Samsung” kimi firmalarla da razılaşması olan ulduzun günlük məbləği 36 min funt-sterlinqi keçib.
Qeyd edək ki, futbolçunun bu il əldə etdiyi gəlir 2010cu ilə nisbətən 1.7 milyon sterlinq daha yüksək olub.




 Diktator idmançıları “əsir düşərgələri”nə göndərir

London Yay Olimpiya Oyunlarında bütün uğurlarını ölkənin diktotor lideri Kim Yonq Una həsr edən Şimali Koreya idmançılardan qızıl medal alanlara avtomobil və soyuducu hədiyyə olunub. Medal qazanmayanları isə pis sonluq gözləyir.
Ölkə rəhbərliyi siyasi düşmən elan etdiyi ABŞ və Cənubi Koreya idmançılarına uduzan təmsilçiləri başda olmaqla uğursuz çıxış edənləri ağır işlərin görüldüyü düşərgələrə göndərir. Çox ağır şərtlər altında çalışdırılan idmançıların aqitəbi bilinmir.
Londondan 4 qızıl və 1 bürünc medalla dönən Şimali Koreya yığmasında yer alan 56 idmançının çoxunun artıq düşərgələrə göndərildiyi və cəzalandırıldığı bildirilir. Siyasi rəhbərlik medal qazana bilməyən idmançıları vətənə xəyanətdə günahlandırır.

 UEFA Malta milli komandasının futbolçusu Kevin Sammuta ağır cəza verib. Avropa futbol qurumu onu 10 il futboldan kənarlaşdırıb. 

 
Buna səbəb onun AVRO-2012-nin seçmə mərhələsində oyun alqı-satqısında iştirakı olub. Malta Futbol Federasiyası yaydığı açıqlama ilə xəbəri təsdiq edib.
Kevin Sammut isə açıqlamasında bunları deyib: “Futbolu çok sevirəm və bu cəzanı ömrüm boyu çəkmək istəmirəm. Vəkillərim və dostlarım mənə böyük dəstək verdi. Onlar da bilir ki, məni bu iddialarla əlaqəm yoxdu. Qərara etiraz edəcəm”.
Qeyd edək ki, “Valetta”nın 31 yaşlı oyunçusu AVRO-2008-in seçmə mərhələsində Maltanın Norveçə 0:4 hesabı ilə yenildiyi matçda xorvatlardan ibarət şəməkə ilə işbirliyində ittiham olunur.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...