Home » » Dünyanın ən böyük körpüsü

Dünyanın ən böyük körpüsü

Çinin Shandong əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il 30 iyunda rəsmi olaraq açılıb. 3 şəhəri bir-birinə bağlayan 43 km uzunluğundakı nəhəng körpü 4 ildə tikilib.
Çinin şimalındakı Shandong əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il 30 iyunda rəsmi olaraq açılıb. Inşaatına 2006-cı ildə başlanan 43 km uzunluğundakı nəhəng körpü 4 ildə tamamlanıb.Üç şəhəri bir-birinə bağlayan körpünün, 2 fərqli qrupun işləriylə 2006-ci ildən fərqli uclardan inşaatına başlanmışdı. Qingdao Boğaz Körpüsü adı verilən dünyanın su üzərinə qurulmuş ən böyük körpüsü, Huangdao, Jiaozhou və Qingdao şəhərlərinin bir-birinə bağlayır.

 Çin donanmasına ev sahibliyi edən Qingdao şəhərinə inşa edilən dünyanın ən uzun körpüsünü 8.5 milyard dollara tikilib. 10 minlərlə işçinin çalışdığı inşaatda 450 min ton polad istifadə edilib.
Genişliyi 35 metr olan körpünün 100 illik istifadə müddəti var, 8 bal gücündə zəlzələyə, tayfuna və 300 min tonluq  ağırlığa qarşı dayanıqlıdır.
Çindən əvvəl ən uzun körpü rekordu ABŞ-ın cənubunda  Louisiana əyalətində 38 kilometr uzunluğunda bir körpüyə aid idi.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...