Home » » Kəpənəklər ağrı hiss edərlər?

Kəpənəklər ağrı hiss edərlər?

Tırtılın baramasından kəpənək olaraq dəyişilərək çıxması ən yaxşı metamarfozdur. Heç düşündünüzmü kəpənək bu müddət ərzində ağrı hiss edirmi? Bu suala hələ cavab tapmamışam. Ancaq buna əminəm ki, dəyişiklik hər zaman rahatlıqdan uzaqlaşmağı gözə almaqdır. Dəyişiklik ən böyük qorxularımızdan biridir. Amma əgər dəyişiklik olmazsa bəyənmədiyimiz həmin tırtıl, heyranlıqla baxdığımız kəpənəyə necə çevrilə bilər?


Hər zaman düşünmüşəm kəpənəklər ağrı hiss edirmi? Sadəcə bədənləri dəyişikliyə uğradığı üçün bəlkə də ağrı hiss etməzlər. Kaş bir kəpənək ola bilsəydim. . . Görünüşümü dəyişmək üçün deyil. Hisslərimi, düşüncələrimi, dərk etmə qabilliyyətimi, vərdişlərimi və hətta tamamilə şəxsiyyətimi dəyişə bilmək üçün. Bir gecə yastığa başımı qoyub, səhər durduğumda yeni bir insan kimi yuxudan dura bilsəm.

Kiçik ya da böyük dəyişikliyi hamımız mütləq xəyal etmişik. Özümüzlə bağlı dəyişikliyi xəyal edir və hədəfə çatmağı istəyirik. Bəzi hədəflər var ki, əslində onlara yuxu da demək olar. Çünki onların reallaşması olduqca çətindir. Hətta imkansız belə demək olar.
Öyrəşdiyimiz mühiti, gündəlik vərdişlərimizi hətta heç sevmədiyimiz iş yerimizi belə dəyişdirməyi düşünəndə nəfəs borumuza sanki bir ağırlıq çökür. Bu fikirlərimizi yenidən qovmaq üçün müxtəlif bəhanələr gətiririk özümüzə. Çünki qorxuruq. Risk etmək istəmirik. . .


 Qaranlıq gecədə qabağımıza nə çıxacağını bilmədən qaranlığa doğru getməyə bənzəyir risk. Yıxıla bilərik, əlimizdəkiləri itirə bilərik yaxud özümüz itə bilərik. . .İtirmə qorxusu həyatımıza hakimdir. Bu qorxu olmamalıdırmı? Bəzən . . .

Əslində dəyişməyi hədəf almaq və hədəfə çatmaq üçün dəyişməyi qərar vermək çox çətin bir mübarizənin başlanğıcıdır. Çünki risk bizlərin həyatında olan bu şəraiti ya genişləndirəcək ya da bu şəraitdən xaricə çıxaracaq. Itirəcəklərimizin çox olduğunu düşünərək olduğumuz yerdən tərpənmək istəmirik, yəni risk etmək istəmirik. Bəzən riskə doğru bir addım atırıq, ancaq olmaz- deyib geriyə qaçırıq. Mihaly Cshikrezentmihaly, “əgər həyatda daim müvəffəqiyyət qazanmaq istəyirsənsə, itirməyi gözə al deyir. Hətta olduğun lüks həyatdan kənara çıx.”-deyib.

Çox sevdiyim bir cümlə var: “Dünən elədiklərinin eynisini elədiyin müddətcə sabahlar dünəndən fərqlənməyəcək.”

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...