Home » » Dünyanın ən böyük ailəsi

Dünyanın ən böyük ailəsi

67 yaşındakı dülgərin tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. Hamısı da eyni dam altında yaşayır.   
Hindistanın Mizoram əyalətindəki Baktawng kəndində yaşayan Ziona Chana, 181 adamlıq ailəsiylə 4 mərtəbəli və 100 otaqlı bir evdə yaşayır.İstədiyi qədər qadınla evlənməyə icazə verən Chana məzhəbinin lideri olan Chana, bir il içində 10 dəfə evlənərək özü üçün də ayrı bir rekordun sahibidir.

Ən son keçən il evlənən dülgər, "Dünyanın ən böyük ailəsinin atası, 39 qadının əri olaraq özümü şanslı bir adam olaraq düşünürəm." dedi.
Zionanın həyat yoldaşları da vəziyyətdən məmnundur. Rinkimi adlı həyat yoldaşı, "O kəndin ən yaraşıqlısıdır." deyə danışdı; Huntharnghanki adlı digər həyat yoldaşı isə, ailədə hər kəsin yaxşı dolandığını, qarşılıqlı sevgi və hörmətlinin olduğunu söylədi.
Evdə, axşam yeməyində 30 toyuq, 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...