Neftçi Tarix Yazdı

"Apoel"-"Neftçi" matçı klubumuzun qələbəsi ilə başa çatdı.

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi.
Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilərdi. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “neftçilər” cavab matçında mütləq qalib gəlməli, və ya bol qollu heç-heçəyə nail olmalıydı.
 
Azərbaycan çempionu isə bəlkə də çoxlarının gözləmədiyi halda möhtəşəm qələbəyə imza atıb. 3:1 hesablı qələbə "ağ-qaralar"ın həm uzun illər öncə bu kluba avrokuboklardakı məğlubiyyəti, həm də Türkiyə bayrağını yandırması və Ermənistan bayrağını qaldırmasına tutarlı cavab olub. Amma ən əsası isə ilk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb!!!
 
Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
30 avqust
 
APOEL - NEFTÇİ - 1:3 (1:2)
Qollar: C.İmamverdiyev, 22 (0:1), J.Bobay, 30 (0:2), S.Benaşur, 44 (1:2), Flavinyo, 60 (1:3)
Baş hakim: Said Enjimi (Fransa).
Nikosiya. GSP Arena.
İlk oyun – 1:1

Futbolda maraqlı rekordlar

Çempionlar liqasındakı ən sürətli qol David Trezeguetə aiddir. 1997-98-də Monaco forması geyən Trezeguetin zərbəsi 157.33 kilometr sürətlə Manchester United-in qapı torları ilə görüşdü.

Rəqib qapılarına 54 qol göndərən José Luis Chilavert, 'Ən çox qol vuran qapıçı' olaraq futbol tarixinə keçdi. Chilavert ayrıca xətt-trick edən tək qapıçıdır. 
 
2001-də Sydneydə oynanan matçda Avstraliya, Samoanı 31-0 məğlub etdi, Archie Thompson, 11 qolla çətin bir rekordun sahibi oldu. 


Tony Aleksandr Adams, 22 il Arsenal forması geydi və başqa bir komandaya transfer olmadan futbol həyatını bitirdi.

Əfsanə İngilis futbolçu Gary Lineker, təxminən 20 il davam edən karierasında bir tək sarı kart belə görmədi.


Paulo Araujo eyni matçda 5 dəfə kart görərək rekord qırdı. Hadisənin səbəbi, oyundan atılan Braziliyalı futbolçunun dalğın hakimə fərq etdirmədən matça davam etməsi idi.

İngiltərə matçında 3. dəqiqədə öz qapısına qol vuran Paraguaylı Carlos Gamarra, 'Öz qapısına ən tez qol vuran futbolçu' olaraq tarixə keçdi.

1957-ci ildə Charlton, 75 dəqiqə 10 adam oynadığı və son yarım saatına 5-1 məğlub olduğu Huddersfield matçını 7-6 qazandı.

Willenhall Town Ladies-Burton Brewers matçı, Guinness Rekordlar Kitabına girdi. Təxminən hər 1,5 dəqiqədə 1 qol vuran Willenhall Town, matçda 57-0 hesabla qalib oldu.

27 komanda dəyişdirən Lutz Pfannenstiel, 6 qitədə də top oynayan tək futbolçu oldu. 34 yaşındakı Alman qapıçı, hələ də Clube Atlético Hermann Aichinger-də forma geyir.

İstifadə etdiyi 63 penaltidən 16-sını qola çevirə bilməyən Gerd Müller, 'Dünyanın ən çox penalti vura bilməyən' futbolçusu oldu. 


Zədə səbəbiylə 'Ən uzun müddət oynamayan ən bahalı futbolçu', Milana Real Madrid-dən 11 milyon pounda gələn Fernando Redondo. İlk matçında 3. dəqiqədə dizindəm zədə alan Redondo, təxminən 2,5 il futboldan uzaq qaldı. Redondo, 2.74 milyon pound, ev və avtomobili Milana geri vermək istədi, ancaq klub bu təklifi geri çevirdi.

 Avropada bir matça edilən ən böyük tamaşaçı sayı    Hampden Parkda oynanan matçda reallaşdı. 1937-dəki Şotlandiya Kuboku finalında Celtic-Aberdeen matçını 146 min 433 biletli tamaşaçı izlədi

Beşiktaşlı tərəfdarların Liverpul matçında etdiyi təzahürat 132 desibelə çıxdı. 132 desibel, futbol tarixinin ən yüksək səs səviyyəsi idi.

2006 Dünya Kubokuna 2-ci Dövrdə vida edən İsveçrə, qapısında heç qol görməyən ilk komanda olaraq kubok tarixinə yazıldı.

Ən bahalı saat

İsveçrəolduqca bahalı ləl-cəvahirat saat çıxaran firma qadınların ağlını başından alacaq saatı çıxardı. Bu saat olduqca qiymətli daşlar ilə bəzədilib. Bu səbəblə dünyanın ən bahalı saatı olmuş vəziyyətdədir. Bu saat haqqında bir az məlumat alaq.

Bu saat  201 karat almaz daşları ilə təchiz edilmişdir. Chopard firmasının məhsulu olan dünyanın ən bahalı saatının qiyməti 25 milyon $. Təbii ki, bu rəqəmlər bir az həyəcanlandırıcıdır. Dünyanın ən bahalı saatına da bu yaraşar. Ürək simvolu ilə 15 karatlık çəhrayı daş, 12 karatlıq mavi daş  11 karatı almaz daş olmaqla 163 karatlıq sarı almaz daşlarla bəzədilmiş bir saatdır. 

Bu da qarşınızda dünyanın ən bahalı saatı. Hərçənd kimimizə qəribə gələcək bu saat. Saatdan çox üzərindəki daşlar görünür.

Dünyanın ən uzun kəsilməz sərhədi

Kanada Amerika sərhədi 8900 km uzunluğundadır. Kanada - ABŞ sərhədi dünyanın ən uzun eyni zamanda qorunmağa ehtiyac duyulmayan sərhədidir. ABŞ ilə Kanada ticarət, iqtisadiyyat hüquq mövzusunda bir çox sahədə əməkdaşlıq içindədirlər. Kanadanın ən mülayim əkinçiliyə əlverişli bölgəsi ilə ABŞ-ın ən soyuq   bol ormanlı sahəsi arasındakı sərhəddir. Kanada Şimali Amerika qitəsinin demək olar ki, yarısını örtən, sahə baxımından dünyanın ikinci böyük ölkəsidir.
Şərqində Atlantik okeanı, qərbdə Sakit okean, şimalında Alyaska Şimal Buzlu dənizi, cənubunda isə ABŞ vardır.Atlantik okeanından Sakit  Okeanına uzunluğu 5000 km, Amerika-Kanada sərhədindən şimala qədər olan uzunluğu isə 4480 kilometrdir. Ölkənin şimalı buzlaqlarla örtülüdür. Əhali daha çox ölkənin cənubunda 8900 km uzunluğundakı Amerika sərhədi boyunca yaşamaqdadır.

Dünyanın ən çox danışılan dili

Nə olsun ki, hər kəs ingiliscə danışmağa can atır.Yenə də Çin dili öndədir.
Dünyanın ən çox danışılan dili Çin dilidir.. Təxminən 900 milyondan çox adam çindanışır. Çin sahə etibarilə dünyanın üçüncü, əhali etibarilə dünyanın ən sıx ölkəsidir. Çində Sina-Tibet dil ailəsinə bağlı müxtəlif ləhcələrdə danışılır. Ancaq rəsmi dil Şimal Çinin danışdığı Mandarin ləhcəsidir. Bölgələrə görə ləhcə dəyişməkdə fərqli tələffüzləri ilə məna pozulmaqdadır.
 

Ancaq istifadə edilən yazı dili hər kəsə aydındır. Çincədə hərflər hecagöstərdiyinə görə, 4 mindən çox hərf vardır. Son zamanlarda bu say endirilməyə çalışılır. Azlıqlar isə öz aralarında öz dillərindən istifadə edirlər.

Dünyanın ən böyük körpüsü

Çinin Shandong əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il 30 iyunda rəsmi olaraq açılıb. 3 şəhəri bir-birinə bağlayan 43 km uzunluğundakı nəhəng körpü 4 ildə tikilib.
Çinin şimalındakı Shandong əyalətində inşa edilən dünyanın ən böyük körpüsü 2011-ci il 30 iyunda rəsmi olaraq açılıb. Inşaatına 2006-cı ildə başlanan 43 km uzunluğundakı nəhəng körpü 4 ildə tamamlanıb.Üç şəhəri bir-birinə bağlayan körpünün, 2 fərqli qrupun işləriylə 2006-ci ildən fərqli uclardan inşaatına başlanmışdı. Qingdao Boğaz Körpüsü adı verilən dünyanın su üzərinə qurulmuş ən böyük körpüsü, Huangdao, Jiaozhou və Qingdao şəhərlərinin bir-birinə bağlayır.

 Çin donanmasına ev sahibliyi edən Qingdao şəhərinə inşa edilən dünyanın ən uzun körpüsünü 8.5 milyard dollara tikilib. 10 minlərlə işçinin çalışdığı inşaatda 450 min ton polad istifadə edilib.
Genişliyi 35 metr olan körpünün 100 illik istifadə müddəti var, 8 bal gücündə zəlzələyə, tayfuna və 300 min tonluq  ağırlığa qarşı dayanıqlıdır.
Çindən əvvəl ən uzun körpü rekordu ABŞ-ın cənubunda  Louisiana əyalətində 38 kilometr uzunluğunda bir körpüyə aid idi.

Meyvələrdən düzəldilən maraqlı şəkillər











Ən maraqlı evlənmə təklifləri

1. Evlənmə təklifini 20 MİN ADAMIN QARŞISINDA  etdi
Yazıq gənc, sevgililər günündə, bir NBA matçı əsnasında 20 min adamın qarşısında sevgilisinə evlənmə təklifini  etdi. Matça ara verildiyi anda sahəyə atılan gənc, qız yoldaşını da sahəyə çağırdı. Milli kanalların da canlı göstərdiyi matçda şoka girən qız evlilik təklifini rədd etdi.

2. Milkshake içindəki üzüyü uddu
Reed Harris nişanlısı Kaitlin Whipple'a evlənmə təklifini fast-food restoranında reallaşdırdı. İsti bir yaz günündə soyuq çiyələkli bir milkshake içinə brilliant üzüyü atan Reed, dostlarını da restorana dəvət etdi. Ancaq bu zarafatlı evlənmə təklifinin sonu çox da əyləncəli bitmədi. Içkinin içindəki üzüyü udan talehsiz Kaitlin'i birtəhər xəstəxanaya çatdırdılar. İki gün xəstəxanada qalan gənc qadın və səhhəti düzəldikdən sonra Reed Harris'dən yeni bir evlənmə təklifi aldı və evləndilər.

3. Balon içindəki brilyant üzüklə TƏKLİF
Londonda Lefkos Hajji adlı adam, nişanlısı Leanne'yə evlənmə təklifini helyum qazıyla şişirdilmiş bir şarın içinə qoyulmuş 12 min dollarlıq Brilliant daşlı üzüklə düzəltdirmişdi. Evlənmə təklifini sözlü bir şəkildə etdikdən sonra içində üzük olan şarı sevgilisinə verərkən ani bir külək çıxdı və şar bir anda havalanmağa başladı. Şarın arxasından bir müddət qaçan gənc adam balona çata bilməyəcəyini anlayınca, avtomobiliylə bir müddət daha şarın arxasınca davam etdi. Havalanan şar getdikcə gözdən itincə, Lefkos üzükdən ümidi kəsdi. Hadisənin ardından yeni bir üzük alana qədər Lefkos'la Bütün münasibətlərini kəsən Leanne'iyi təkrar razı etmək gənc adamın vaxtını aldı.


4. Üzüyü Brooklyn körpüsündən saldı
ABŞ-da Don Walling böyük səylə yığdığı pulla qız yoldaşı Gina Pellicani'ye brilyant bir üzük aldı. Evlənmə təklifini Brooklyn körpüsü üzərində olan gəzmə sahəsində ailəsi qarşısında etməyi planlaşdıran gənc adam, əlindəki üzüyü həyəcandan yerə saldı. Böyük bir sürətlə körpü üzərindəki sıx trafikin içinə yuvarlanan üzük nəzərdən bir anda itdi. Ardından evlənmə təklifini edən Don Walling, təklifi etdikdən sonra trafikin içinə atladı və uzun çabalardan sonra üzüyü tapdı. Üzərindən avtomobil keçdiyi üçün zədələnən üzük kiçik bir təmir sonra normala döndü.

5. Tortun içindəki üzüyü uddu
Çində yaşayan Wen adlı qadın gözəl hazırlanmış bir tort içindəki üzüklə evlənmə təklifi aldı. Sevgilisi Chen tərəfindən hazırlanan sürpriz, romantik bir kino filminden ilhamlanaraq reallaşdırıldı. İçində üzük olan tort dilimini sevgilisinə ikram edən gənc adam, Wen'in qarşısında diz çökərək təklifini etdi. O anda tortun içindəki üzüyü udan qız həyacandan huşunu itirdi. Yoldaşları qızı xəstəxanaya çətin yetişdirdi.

Dünyanın ən yaxşı universitetləri

"Dünyanın ən yaxşı 100 universiteti" siyahısı nəşr edildi. Siyahının başında Harvard Universiteti var.

İngilis Guardian qəzeti, Times Higher Education və QS Top Universities tərəfindən edilən araşdırmaya əsaslanaraq "Dünyanın ən yaxşı 100 universiteti" siyahısını nəşr etdi.

Siyahının başında Harvard Universiteti yer alır. Asiya universitetlərinin yüksəlişi siyahıda göstədi. Xüsusilə Çin, Yaponiya və Koreya universitetlərinin yaxında ABŞ-ın Ivy League universitetləri və İngiltərənin Oxford və Cambridge universitetlərinə meydan oxuyacağı ifadə edildi.

Siyahıya görə, ən yaxşı 10 universitetin 4ü, 100 universitetin də 18i Böyük Britanyada iştirak edir. Siyahıya keçən il 42 universitetlə girən Şimal Amerikadan bu il isə siyahıya girən universitet sayı 36.

Digər yandan Asiyadan siyahıya girən universitetlərin sayı keçən ilə görə 2 ədəd  artaraq, 14'den 16a yüksəldi. Tokio Universiteti siyahının 22., Hong Kong Universiteti 24. sırasında iştirak edir.

Bu da dünyanın ən yaxşı 10 universiteti
1 - Harvard Universiteti (ABŞ)
2 - Kembric Universiteti (Böyük Britaniya)
3 - Yale Universiteti (ABŞ)
4 - UCL (University College London) (Böyük Britaniya)
5 - Imperial College London (Böyük Britaniya)
6 - Oxford Universiteti (Böyük Britaniya)
7 - CHICAGO Universiteti (ABŞ)
8 - Princeton Universiteti (ABŞ)
9 - Massachusetts Texnologiya İnstitutu (MIT) (ABŞ)
10 - CALIFORNIA Texnologiya İnstitutu (Caltech) (ABŞ)

Ən uzun tennis matçı

2010 Wimbledon Tennis Turniri tək kişilərdə qarşılaşan Amerikalı John Isner ilə Fransız Nicolas Mahut arasında oynanan və həm oyun müddəti həm də oyun ədədi olaraq ən uzun tennis qarşılaşması.

Maç turnirin 2. günündə, yəni 22 İyun 2010 Çərşənbə axşamı günü başladı. Dörd set sonra havanın qaralması səbəbiylə oyuna ara verildi. 23 İyun 2010 Çərşənbə günü matça davam edilərkən tarixin ən uzun tennis matçı rekordu qırıldı. İkinci günün sonunda da havanın qaralması səbəbiylə oyuna ara verildi. 24 İyun 2010 Cümə axşamı günü matç təkrar başladıqdan təxminən bir saat sonra John Isner matçı 70-68 qazandı.

Tennisçilər, Wimbledon və tennis tarixində bir çox rekorda imza atdı.
Ən uzun tennis matçı rekordu (11 saat 5 dəqiqə)
Ən uzun set rekordu (5. set, 8 saat 11 dəqiqə)
Ən çox oyun olan set rekordu (138 oyun ilə 5. set)
Ən çox oyun olan matç rekordu (cəmdə 183 oyun)
Bir matçda ən çox "ace" edən oyunçu rekordu (Isner, 112 ace) (Mahut da bir matçda ən çox "ace" edən 2. oyunçu oldu)
Ən çox "ace" edilən matç rekordu (Cəmdə 215 ace)

Dünyanın ən uzun binası

Dünyanın ən uzun binası olan 828 metrlik Burj Khalifa'nın  görüntüləri.
Burj Khalifa demişkən, bina haqqında bəzi məlumatları xatırlamaqda fayda var.
160 mərtəbədən ibarət olan bu binanın hər bir küncü,
külək yükünü ən aza endirmək üçün dairəvi şəkildə edilmişdir.
Binanın liftləri isə 64 kilometr sürət edə bilmələri səbəbi ilə dünyanın ən
sürətli liftləri ünvanına sahibdir. 2010-ci ildə açılan binanın inşa xərci isə 4.1 milyard dollar.










2012-ci ilin ən yaxşı filmlərindən biri-The Avengers (Yenilməzlər)

Bütün dünyanı təhdid altına alan gözlənilməz bir düşmən, kimsənin təxmin edə bilməyəcəyi qədər güclü bir şəkildə hücum etməyə başlayar. Beynəlxalq Müdafiə Birliyindən Nick Fury bu gedişə dayan deyə bilmək üçün, Dünyanın bütün super qəhrəmanları Dəmir Adam, Hulk, Thor, Kapitan Amerika, Hawkeye və Black Widowu bir araya gətirəcək. Güclər döyüşü o andan etibarən başlayar və dünyanın taleyi də təyin olunmağa başlanar.

Marvelin bütün qəhrəmanlarının bir araya gəldiyi və 2012-ci ilin ən yaxşı filmlərindən olub,Top 250-yə girən film, indidən mükafatlara adını yazdırmağa başladı. Olduqca inkişaf etmiş vizual efektler və nəfəs kəsən səhnələrin olduğu bu filmi hələlik Azərbaycan dilində olmasa da, türk, rus və ingilis dillərində izləyə bilərsiniz.
İzləməyə dəyər.

Növ: Aksion, Elm Fantastika, Gərginlik
Rejissor: Joss Whedon
Ssenari: Zak Penn
Aktyorlar: Robert Downey Jr.,Chris Evans, Scarlett Johansson, Mark Ruffalo, Chris Hemsworth
Musiqi: Michael Baiardi, AC/DC
Müddət: 2 saat 23 dəqiqə

2012-ci ilin ən çox satılan albomları



2012-ci ildə bu ana qədər hansı albom neçə ədəd satıldı? Siyahının başında 3.67 milyon ilə Adele gəlir.Özü də ilk onluqda Adelenin iki albomu yer alır.Bunlar ’21′  və ’19′  albomlarıdır. Bu da  bu il dünyada ən çox satılan albomlar:





1. Adele – ’21′ (3.67 milyon)
2. Lionel Richie – ‘Tuskegee’ (911 min)
3. One Direction – ‘Up All Night’ (900 min)
4. Whitney Houston, – The Greatest Hits’ (820 min)
5. Various Artists – ‘Now 41′ (710 min)
6. Carrie Underwood – ‘Blown Away’ (600 min)
7. Luke Bryan, -’Tailgates & Tanlines’ (580 min)
8. Nicki Minaj – ‘Pink Friday: Roman Reloaded’ (560 min)
9. Drake – ‘Take Care ‘(550 min)
10. Adele -’19′ (540 min)

İdman dünyasından xəbərlər


Bekhemin 1günlük qazancı ne qədərdir?
Karyerasını ABŞ-ın “Los Angeles Qalaksi” klubunda davam etdirən İngiltərəli futbol ulduzu Devid Bekhem ötən mövsümün razılaşması ilə 13.3milyon sterlinq qazanıb.Mühasibat qeydlərində Bekhem sayəsində ona sponsorluq edən "Footvork Productions"ın 2011-ci ildə hesabına 15.2 milyon sterlinq daxil olduğu bildirilir. “Armani”, “Adidas”, “Samsung” kimi firmalarla da razılaşması olan ulduzun günlük məbləği 36 min funt-sterlinqi keçib.
Qeyd edək ki, futbolçunun bu il əldə etdiyi gəlir 2010cu ilə nisbətən 1.7 milyon sterlinq daha yüksək olub.




 Diktator idmançıları “əsir düşərgələri”nə göndərir

London Yay Olimpiya Oyunlarında bütün uğurlarını ölkənin diktotor lideri Kim Yonq Una həsr edən Şimali Koreya idmançılardan qızıl medal alanlara avtomobil və soyuducu hədiyyə olunub. Medal qazanmayanları isə pis sonluq gözləyir.
Ölkə rəhbərliyi siyasi düşmən elan etdiyi ABŞ və Cənubi Koreya idmançılarına uduzan təmsilçiləri başda olmaqla uğursuz çıxış edənləri ağır işlərin görüldüyü düşərgələrə göndərir. Çox ağır şərtlər altında çalışdırılan idmançıların aqitəbi bilinmir.
Londondan 4 qızıl və 1 bürünc medalla dönən Şimali Koreya yığmasında yer alan 56 idmançının çoxunun artıq düşərgələrə göndərildiyi və cəzalandırıldığı bildirilir. Siyasi rəhbərlik medal qazana bilməyən idmançıları vətənə xəyanətdə günahlandırır.

 UEFA Malta milli komandasının futbolçusu Kevin Sammuta ağır cəza verib. Avropa futbol qurumu onu 10 il futboldan kənarlaşdırıb. 

 
Buna səbəb onun AVRO-2012-nin seçmə mərhələsində oyun alqı-satqısında iştirakı olub. Malta Futbol Federasiyası yaydığı açıqlama ilə xəbəri təsdiq edib.
Kevin Sammut isə açıqlamasında bunları deyib: “Futbolu çok sevirəm və bu cəzanı ömrüm boyu çəkmək istəmirəm. Vəkillərim və dostlarım mənə böyük dəstək verdi. Onlar da bilir ki, məni bu iddialarla əlaqəm yoxdu. Qərara etiraz edəcəm”.
Qeyd edək ki, “Valetta”nın 31 yaşlı oyunçusu AVRO-2008-in seçmə mərhələsində Maltanın Norveçə 0:4 hesabı ilə yenildiyi matçda xorvatlardan ibarət şəməkə ilə işbirliyində ittiham olunur.

3D Şəkillər
























Related Posts Plugin for WordPress, Blogger...