10. Həyəcan tutqunları Six Flags Magic Mountain'ə qaçır. Six Flags Magic Mountain Parkda olan əyləncə qatarı, yerdən 7000 fitlik yüksəkliyi ilə dünyanın ən qorxuducu qatarları arasındadır. Dəmir-poladdan düzəldilmiş bir dağa dırmaşan qatar şəhərə təpədən baxma və mükəmməl bir görünüşə şahid olma fürsəti yaradır
9. Fahrenheit: Hershey Parkda olan super qatara minənlər, qorxuya qapılıb dəhşətə düşür. 120 metr yüksəkliyi və 97 dərəcəlik fırlanma bucağı dünyanın ən dik və yüksək qatar relslərinin olduğu nəhəng qüllədən aşağıya doğru böyük bir sürətlə enənlərin az qala ürəyi partlayır. Eniş əsnasında bu insanların qışqırıqları lunaparkda ınanılmaz səs-küy yaradır. Qatar dayandığı anda ağappaq bir üzlə enən bu insanların vəziyyətləri görənləri xeyli təəccübləndirir.
8.İnsanity: Bu nəhəng mərkəzdənqaçma qurğusu 275 metr yüksəkliyində bir otelin təpəsində qurulmuşdur. Saatda 65 km sürətlə,möhtəşəm şəkildə dönən bu alətdə özünüzü bir başqa hiss edəcəksiniz. Görünüşü belə inanılmazdır. Önünə qədər gəlib son dəqiqədə minməkdən imtina edənlər bir xeyli çoxdu!.
7. Colossus: İngiltərədə olan əyləncə parkı 2002-ci ildə xidmətə açılıb.Bu qatar sürətdə, və yüksəklikdə sərhəd tanımır; həvəskarlarına adrenalin zəmanəti verir.
6. Kingda Ka: New Jerseyin Jackson şəhərindədir. Dünyanın ən qorxunc lunapark qatarlarından olan bu qatar yalnız 3,5 saniyədə saatda 208 kilometrə qədər sürət yığır.
5. Eejanaika: Dünyadakı 7 dənə 4 ölçülü lunapark qatarlarından biridir. Yalnız öz yolu ilə getmir, eyni zamanda sərbəst çevrilmələr də edir.
4. Tower of Terror: Lunapark qatarı saatda 100 kilometr sürət yığır və 0dan 100 kilometrə yalnız 6,5 saniyədə çıxır. Beləcə dünyanın ən sürətli lunapark qatarlardan biri ünvanına sahibdir və həqiqətən terror əsdirir!
3. Expedition GeForce: Əgər internetdən ən yaxşı və ən qorxunc lunapark qatarını axtaracaq olsanız siyahının ən başında Expedition GeForce çıxacaq. 203 metr yüksəkliyə 75 mil sürətiylə çıxır. Eyni zamanda Avropanın ən böyük lunapark qatarıdır.
2. Maverick: Əgər Maverick'ə minsəniz adrenalini həqiqi mənada hiss edəcəksiniz. Cedar Point olan bu lunapark qatarı, təxminən 21.000.000 $ dollara başa gəlmiş və 2007-ci ildə inşa edilmişdir. Ən bahalı lunapark qatarı rekordunu əlində saxlayan bu qatar saatda 70 km sürət yığa bilir.
1.Çelik Superman: Və ən qorxulusu. İngiltərədəki Six Flags adlı lunaparklar zənciri bünyəsindəki bu nəhəng "alət", 30.000.000 dollara başa gəlmiş və 2000-ci ildən bu yana istifadə edilə bilən vəziyyətdədir. 78 metrdən az qala 90 dərəcəlik bir bucaqla enir və saatda 137 km sürətə çıxa bilir. Rels uzunluğu isə 1,4 km.
0 yorum:
Post a Comment