
Wallenda, gedişin ardından, təxmin ediləndən daha çox külək olduğu üçün tarazlığını tapmaqda çətinlik çəkdiyini və bir ara gözünə qaçan tozun vəziyyəti daha da çətinləşdirdiyini söylədi. Finişə yaxınlaşdığında sürətlənən və son bir neçə addımı tullanaraq keçən Wallenda'nın gedişi, üzərindəki mikrofon və iki kamera vasitəsilə sənədli film kanalı Discovery Channelda canlı nümayiş olundu. Wallendanı finiş
xəttində yoldaşı Erendira və iki uşağı qarşıladı. Nümayişi canlı olaraq təxminən 600 adam izlədi. Ancaq Discovery Channel üzərindən isə dünya daxilində 1 milyon yarım adam canlı izlədi.
Uşaqlığından bu yana Böyük Kanyon'un ip üzərində gedərək keçməyi xəyal edən Wallenda, bir sonrakı hədəfinin New Yorkda 443 metr yüksəkliyindəki Empire State və Chrysler binaları arasında getmək olduğunu ifadə etdi.
0 yorum:
Post a Comment