Home » » Dünyanın ilk metrosu

Dünyanın ilk metrosu


Inkişafa başlayan şəhərlərin əlbəttə ki ən böyük problemlərindən biri kütləvi nəqliyyat imkanlarıdır. Gün keçdikcə artan fərdi vasitə sayı, şəhərdə piyada sinifində iştirak edən insanların bir yerdən basqa yerə getməsini daha da çətin bir hala gətirərkən qat-qat artan trafik, şəhərin içindəki ticarəti, yaşanan zaman itkiləri səbəbiylə baltalamağa başlamışdı.

1800-cü illərində ortasında, Londonda da çox fərqli deyildi vəziyyət. Fərqli onlarla ölkədən gəlmiş m
inlərlə insan şəhəri dinamik bir ticarət mərkəzi halına gətirərkən eyni zamanda  nəqliyyat sisteminin parçası olan atlı avtomobillərin sayındakı artıma bağlı olaraq yol çətinliyini də yaşayırdı. Yaşanan bu şəhər problemini mühəndislər yer altında hərəkət edən və bir yerdən basqa yerə sərnişin və  yük daşınmasına imkan tanıyan relsli sistemi inkişaf etdirməkdə tapdılar. Sıx işin və çətin keçən bir istehsal prosesinin ardından 1863-cü ildə Metropolitan Railways adı altında dünyanın ilk metrosu xidmətə başladı.


London metrosu, ilk açıldığı gündən etibarən çox inkişaf etdi və böyüdü. Hətta 2. Dünya Döyüşü əsnasında şəhərdə yaşayan insanlar üçün təhlükəsiz bir sığınacaq oldu. Sistem, indi ilk halından daha etibarlı, ardıcıl və dinamikdir.Açılan ilk stansiyalardan bəziləri  istifadə edilsə və bir hissəsi bağlansa da (stansiyalardan biri, Ceyms Bond çəkilişləri üçün böyük bir məkan olmuşdu) Londonda yaşayan insanlara və
şəhəri ziyarətə gələn xaricilərə vaxta qənaət etmələrini təmin edən həyat qurtarıcı bir sistem olaraq xidmət edir ...

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...