
Hər kəs ''dünyanın ən sürətli adamı'' Useyn Boltun London Olimpiadasından sonra nə edəcəyini maraqlanarkən, Bolt, ''Manchester United''də oynamaq istəyini bildirdi.
Alex Fergusonun onu çağırması halında ''Manchester United''də futbol oynamağı qəbul edə biləcəyini söylədi.
Useyn Bolt, ''İnsanlar zarafat etdiyimi düşünür amma Alex Ferguson, məni axtarar və 'Haydı, gəl və bir yoxlayaq ' desə, buna 'xeyr' deyə bilmərəm'' ifadələrini söylədi.
Bolt, kifayət qədər yaxşı olmadığını düşünsə, belə bir işə cəhd etməyəcəyini deyərək, ''Bir neçə gün daha Britaniyadayam, Ferguson məni axtarmaq istəsə, harada olduğumu bilir'' dedi.
0 yorum:
Post a Comment