Bekhemin 1günlük qazancı ne qədərdir? |
|
Karyerasını ABŞ-ın “Los Angeles Qalaksi” klubunda davam etdirən
İngiltərəli futbol ulduzu Devid Bekhem ötən mövsümün razılaşması ilə
13.3milyon sterlinq qazanıb.Mühasibat
qeydlərində Bekhem sayəsində ona sponsorluq edən "Footvork
Productions"ın 2011-ci ildə hesabına 15.2 milyon sterlinq daxil olduğu
bildirilir. “Armani”, “Adidas”, “Samsung” kimi firmalarla da razılaşması
olan ulduzun günlük məbləği 36 min funt-sterlinqi keçib.
Qeyd edək ki, futbolçunun bu il əldə etdiyi gəlir 2010cu ilə nisbətən 1.7 milyon sterlinq daha yüksək olub.
Diktator idmançıları “əsir düşərgələri”nə göndərir
London Yay Olimpiya Oyunlarında bütün uğurlarını ölkənin diktotor
lideri Kim Yonq Una həsr edən Şimali Koreya idmançılardan qızıl medal alanlara
avtomobil və soyuducu hədiyyə olunub. Medal qazanmayanları isə pis
sonluq gözləyir.
Ölkə rəhbərliyi siyasi düşmən elan etdiyi ABŞ və Cənubi Koreya
idmançılarına uduzan təmsilçiləri başda olmaqla uğursuz çıxış edənləri
ağır işlərin görüldüyü düşərgələrə göndərir. Çox ağır şərtlər altında
çalışdırılan idmançıların aqitəbi bilinmir.
Londondan 4 qızıl və 1 bürünc medalla dönən Şimali Koreya yığmasında
yer alan 56 idmançının çoxunun artıq düşərgələrə göndərildiyi və
cəzalandırıldığı bildirilir. Siyasi rəhbərlik medal qazana bilməyən
idmançıları vətənə xəyanətdə günahlandırır.
UEFA Malta milli komandasının futbolçusu Kevin Sammuta ağır
cəza verib. Avropa futbol qurumu onu 10 il
futboldan kənarlaşdırıb.
Buna səbəb onun AVRO-2012-nin seçmə mərhələsində oyun alqı-satqısında
iştirakı olub. Malta Futbol Federasiyası yaydığı açıqlama ilə xəbəri
təsdiq edib.
Kevin Sammut isə açıqlamasında bunları deyib: “Futbolu çok sevirəm və
bu cəzanı ömrüm boyu çəkmək istəmirəm. Vəkillərim və dostlarım mənə
böyük dəstək verdi. Onlar da bilir ki, məni bu iddialarla əlaqəm yoxdu.
Qərara etiraz edəcəm”.
Qeyd edək ki, “Valetta”nın 31 yaşlı oyunçusu AVRO-2008-in seçmə
mərhələsində Maltanın Norveçə 0:4 hesabı ilə yenildiyi matçda
xorvatlardan ibarət şəməkə ilə işbirliyində ittiham olunur. |
0 yorum:
Post a Comment