Amerikalı üzgüçü Maykl Felps Olimpiadalarda qazandığı medalların sayını 21-ə çatdırdı.
2004-cü Afina Olimpiadasında 6 qızıl 2 bürünc qazanan Maykl Felps 1980-ci ildə bir Olimpiadada ən çox medal qazanan Alexander Dityatinin rekordun şərik olmuşdu.
Uğurlu çıxışını davam etdirən “suların kralı” 2008-ci il Pekin Olimpiadasında daha 8 qızıl medal qazanaraq rekordları alt-üst etmişdi.M.Felps bu il Londonda keçirilən Olimpiadaya ümumilikdə 16 olimpiya medalı ilə gəlmişdi. Lakin bununla kifayətlənməyən dünyanın sudakı ən sürətli adamı aktivinə daha 5 medal (3 qızıl, 2 gümüş) əlavə edib.
Bununla da 3 Olimpiadanın iştirakçısı olan ABŞ təmsilçisi Maykl Felps medallarının sayını 21-ə çatdırıb ki, bu da Olimpiadalar tarixində bir idmançının əldə etdiyi ən çox medal sayıdır.
Felpsin karyerasında Olimpiada medallarından başqa qitə və dünya miqyasında daha 39 medal (31 qızıl, 6 gümüş, 1 bürünc) əldə edib ki, bunu da Olimpiya medalları ilə birləşdirsək ümumilikdə 60 medal (49 qızıl, 8 gümüş, 3 bürünc) edir.
Demək olar ki, hər iştirak etdiyi turnirdə rekordlar qıraraq medal qazanan bu üzgüçünün uğurunu hələ uzun illər çətin ki, təkrarlayan olsun.
Həm də o bildirib ki, bundan sonra heç bir olimpiadaya qatılmayacaq.
Home »
» Maykl Felps rekordlar qırmaqda davam edir
Maykl Felps rekordlar qırmaqda davam edir
Posted by enmaraqli
Posted on 01:23
with No comments
0 yorum:
Post a Comment