Home » » Dünyanın ən qorxulu şəhəri

Dünyanın ən qorxulu şəhəri

Bu şəhər dünyanın ən təhlükəli, qorxulu, qəddar şəhəridir.Rəsmi statistikaya görə, həmin şəhərdə gündə 3 nəfər qətlə yetirilir. Bu Hondurasdakı San Pedro-Sula şəhəridir.Iqtisadiyyatın çox zəif, korrupsiya və mütəşəkkil cinayətkarlığın həddən çox olduğu bu şəhərdə insan həyatı az qala heçə sayılır. Polisin rüşvətxorluğu və zəifliyi, yoxsulluq, narkokartellərin özlərini çox rahat hiss etməsi nəticəsində şəhərdə axan qanlar səngimir. Ötən il ərzində San Pedro-Sulada 1218 qətl olub.Hətta, şəhərdə polis də qatillik edir. Lakin polisin dinc insanları öldürməsi ilə bağlı bir hadisə belə, araşdırılmayıb və kimsə də cəzalandırılmayıb. "Dünyanın ən qorxulu, təhlükəli şəhərləri" reytinqinin ilk onluğu isə belədir: 1. San Pedro-Sula (Honduras) 2. Akapulko (Meksika) 3. Karakas (Venesuela) 4. Mərkəzi məhəllə (Honduras) 5. Torreon (Meksika) 6. Maseyo (Braziliya) 7. Kali (Kolumbiya) 8. Nuevo-Laredo (Meksika) 9. Barkisimeto (Venesuela) 10. Joao Pessoa (Braziliya)

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...