Home » » Maraqlı məlumatlar

Maraqlı məlumatlar

50 ildən çoxdur ki, yata bilmir!

 Türkiyənin Əskişəhir bölgəsində yaşayan 86 yaşındakı Memet dədə 50 ildən çoxdur ki, yata bilmir. 1960-cı ildən bəri gözünə yuxu getməyən Mehmet dədə, öz həyətindəki sexdə dülgərliklə məşğuldur.
3 dəfə evlənən, 12 uşaq, 15 nəvə və çoxlu nəticəsi olan Mehmet dədənin yuxusuzluğuna həkimlər də çarə tapa bilmir." Bir neçə dəfə xəstənaya yatdım, həkimlər yata bilmirəm deyə mənə bir neçə dəfə test etdirdilər. Bir dəfə əlimə xırda yazıları olan bir kağız verib, onu oxumağımı istədilər. Mən 1 saat oxudum, baxdım ki, yanımda məni gözləyən tibb bacısı yatıb. Mən isə yata bilmədim. Son nəticədə həkimlər "sən yata bilmirsən !" deyə raport yazdılar və məni evə buraxdılar, artıq 50 ildən çoxdur ki yata bilmirəm. El arasında hətta mənə "Yuxusuz Məhmət" də deyirlər. 40 ildən çoxdur ki, cəmi bir dəfə öd kisəsinə görə əməliyyat olunmuşam. Bundan başqa bir dəfə də olsun xəstəxanaya getməmişəm və dərman atmamışam. Özümü çox gümrah və sağlam hiss edirəm. Hər k əsə yuxusuzluq arzulayıram, bu çox gözəl bir şey" deyə Mehmet dədə bildirib. 


 
Dünyanın ən böyük balığı sahildə ölü tapıldı


 İndoneziyanın Pandan Simo sahilində nəhəng bir balina-akulanın cəsədi tapıldı. Ölüm səbəbi bilinməyən bu balığın ölçüsü 13 metr olaraq qeydə alınıb. Buna qədər qeydiyyatda olan ən böyük balıq 12,65 metr olub. Dünyanın ən nəhəng balığı sayılan bu balina-akulanın cəsədinə tamaşa etməyə isə, onlarla şəhər sakini gəlib və onlar balığın şəklini çəkiblər.

 2500 illik şokolad tapıldı

 Mekshikanın Yukatan yarımadasında, yerli arxeoloqlar tərəfindən qədim mayyalılara məxsus olan şokolad qalıntılarına rast gəlinib. Bir küpün içərisində olan şokoladı incələyən arxeoloqlar şokaldın bərk halda olduğunu qeyd ediblər. Kakao çubuşundan və ya kakao qabığından istifadə edilərək hazırlanan şokoladın yalnız xüsusi insanlar üçün istifadə edildiyini açıqlayan arxeoloqlar araşdırmaları davam etdirirlər..

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...