Home » » Dünyanın ən bahalı toyları

Dünyanın ən bahalı toyları


Liza Minnelli və David Gest:

Məbləğ: 3.5 milyon dollar

Kim: Oscar mükafatlı müğənni/aktrisa Liza Minelli və prodüser David Gest

Nə vaxt: 2002-ci il

Harada: “Marble Collegiate” Kilsəsi, New York

Toy tortu 12 qatlı idi və Tony Bennett və 60 nəfərlik orkestr toy boyunca qonaqları əyləndirdi; aralarında Diana Ross və Lauren Bacallın da olduğu siyahı 500 nəfərlik idi. Boşandılar.

Paul McCartney və Heather Mills:

Məbləğ: 3 milyon dollar

Kim: Paul McCartney və model Mills

Nə vaxt: 2002-ci il

Harada: İrlandiya

Elton John, Eric Clapton və Ringo Starr dəvət edilən meqa ulduzlardan bir neçəsi idi. Gecə möhtəşəm bir hava fişəng nümayişi ilə sona çatdı. Evlilikləri pul və qızları Beanın vəkaləti üzündən həftələrcə sürən dava-dalaşdan sonra bitdi.

Elizabeth Hurley və Arun Nayar:

Məbləğ: 2.5 milyon dollar

Kim: Hind iş adamı Arun və model/aktrisa Hurley

Nə vaxt: 2007-ci il

Harada: Əvvəl İngiltərə “Gloucestershire” Qalasında, sonra da Hindistanda bir başqa qalada təşkil edildi. Toy 8 gün davam etdi. Hal-hazırda evli və bir-birilərinə ilk günkü kimi aşiqdirlər.

Tom Cruise və Katiye Holmes:

Məbləğ: 2 milyon dollar

Kim: Super ulduz/aktyor Cruise və daha az tanınan aktrisa Holmes

Nə vaxt: 2006-cı il

Harada: “Odescalchi” Qalası, İtaliya

David və Victoria Beckham, Brooke Shields, Will Smith və Jada Pinkett Smith, Jennifer Lopez kimi məşhurların da qatıldığı qonaq siyahısına sahib təşkilatda, gəlin və bəyin kostyumları şəxsən Giorgio Gerbi tərəfindən hazırlandı. 5 qatlı şokoladlı toy tortu əl istehsalı şokolad güllərlə dekorasiya edilmişdi. Bu yaxınlarda boşanıblar, bir qızları var.

Elizabeth Taylor və Larry Fortensky:

Məbləğ: 2 milyon dollar

Kim: Məşhur aktrisa Taylor və inşaat işçisi Fortensky

Nə vaxt: 1991-ci il

Harada: Michael Jacksonun “Neverland” bağ evində

Taylorun səkkizinci evliliyi özündən 20 yaş kiçik inşaat işçisi Fortensky ilə reallaşdı. Micheal Jacksonun bağ evində reallaşan toyda gəlini təslim edən də Jackson oldu. Liz, Valentino tərəfindən özü üçün hazırlanan sarıbülbül sarısı bir gəlin paltarı geyindi və qonaqlar arasında Nancy Reagan, Eddie Murphy və Liza Minelli vardı. Çox təəssüf ki evlilikləri 5 il davam etdi.

Michael Douglas və Catherine Zeta-Jones:

Məbləğ: 1.5 milyon dollar

Kim: Oscar mükafatlı aktyor Douglas və Zeta-Jones

Nə vaxt: 2000-ci il

Harada: New York / Plaza Hotel

Cütlüyə xoşbəxtlik diləyən məşhurlar arasında Sean Connery, Jack Nicholson və Michael Caine vardı. İstənməyən qonaqları çöldə tutmaq üçün Douglas və Zeta-Jones dəvətnamələrində holoqramlar istifadə etdi. Əyləncə bir çox Grammy mükafatlı ulduzları qonaq edirdi. Zeta-Jones “Lacroix” imzalı bir gəlin paltarı və tac geymişdi. Cütlük uzun illər və 2 uşağın ardından hələ də birlikdə xoşbəxt həyat sürürlər.

Eddie Murphy və Nicole Mitchell:

Məbləğ: 1.5 milyon dollar

Kim: Komediyaçı Murphy və model Mitchell

Nə vaxt: 1993-ci il

Harada: Plaza Hotel / New York, görünən o ki, yüksək büdcəli məşhur nikahları üçün məşhur bir seçim

Bruce Willis, Demi Moore və Prince kimi məşhur simaların qatıldığı qəbulda cəmi 500 qonaq vardı. Gəlin 11 metr quyruğu olan bir gəlin paltarı geyindi və qonaqlar gecə boyunca əyləndi. Murphy Plazanın xalçalarını sırf toy təmasına uyğun gəlsin deyə ağa çevirtdirdi. 13 illik evlilikdən sonra təəssüf ki, boşandılar.

Dünyanın ən bahalı toy tortu 500 min dollar dəyərində olub. 40 almaz və 10 mavi yaqutla bəzədilən toy tortu rekordlar kitabına düşüb.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...