Liza Minnelli və David Gest:
Məbləğ: 3.5 milyon dollar
Kim: Oscar mükafatlı müğənni/aktrisa Liza Minelli və prodüser David Gest
Nə vaxt: 2002-ci il
Harada: “Marble Collegiate” Kilsəsi, New York
Toy
tortu 12 qatlı idi və Tony Bennett və 60 nəfərlik orkestr toy boyunca
qonaqları əyləndirdi; aralarında Diana Ross və Lauren Bacallın da olduğu
siyahı 500 nəfərlik idi. Boşandılar.
Paul McCartney və Heather Mills:
Məbləğ: 3 milyon dollar
Kim: Paul McCartney və model Mills
Nə vaxt: 2002-ci il
Harada: İrlandiya
Elton
John, Eric Clapton və Ringo Starr dəvət edilən meqa ulduzlardan bir
neçəsi idi. Gecə möhtəşəm bir hava fişəng nümayişi ilə sona çatdı.
Evlilikləri pul və qızları Beanın vəkaləti üzündən həftələrcə sürən
dava-dalaşdan sonra bitdi.
Elizabeth Hurley və Arun Nayar:
Məbləğ: 2.5 milyon dollar
Kim: Hind iş adamı Arun və model/aktrisa Hurley
Nə vaxt: 2007-ci il
Harada:
Əvvəl İngiltərə “Gloucestershire” Qalasında, sonra da Hindistanda bir
başqa qalada təşkil edildi. Toy 8 gün davam etdi. Hal-hazırda evli və
bir-birilərinə ilk günkü kimi aşiqdirlər.
Tom Cruise və Katiye Holmes:
Məbləğ: 2 milyon dollar
Kim: Super ulduz/aktyor Cruise və daha az tanınan aktrisa Holmes
Nə vaxt: 2006-cı il
Harada: “Odescalchi” Qalası, İtaliya
David
və Victoria Beckham, Brooke Shields, Will Smith və Jada Pinkett Smith,
Jennifer Lopez kimi məşhurların da qatıldığı qonaq siyahısına sahib
təşkilatda, gəlin və bəyin kostyumları şəxsən Giorgio Gerbi tərəfindən
hazırlandı. 5 qatlı şokoladlı toy tortu əl istehsalı şokolad güllərlə
dekorasiya edilmişdi. Bu yaxınlarda boşanıblar, bir qızları var.
Elizabeth Taylor və Larry Fortensky:
Məbləğ: 2 milyon dollar
Kim: Məşhur aktrisa Taylor və inşaat işçisi Fortensky
Nə vaxt: 1991-ci il
Harada: Michael Jacksonun “Neverland” bağ evində
Taylorun
səkkizinci evliliyi özündən 20 yaş kiçik inşaat işçisi Fortensky ilə
reallaşdı. Micheal Jacksonun bağ evində reallaşan toyda gəlini təslim
edən də Jackson oldu. Liz, Valentino tərəfindən özü üçün hazırlanan
sarıbülbül sarısı bir gəlin paltarı geyindi və qonaqlar arasında Nancy
Reagan, Eddie Murphy və Liza Minelli vardı. Çox təəssüf ki evlilikləri 5
il davam etdi.
Michael Douglas və Catherine Zeta-Jones:
Məbləğ: 1.5 milyon dollar
Kim: Oscar mükafatlı aktyor Douglas və Zeta-Jones
Nə vaxt: 2000-ci il
Harada: New York / Plaza Hotel
Cütlüyə
xoşbəxtlik diləyən məşhurlar arasında Sean Connery, Jack Nicholson və
Michael Caine vardı. İstənməyən qonaqları çöldə tutmaq üçün Douglas və
Zeta-Jones dəvətnamələrində holoqramlar istifadə etdi. Əyləncə bir çox
Grammy mükafatlı ulduzları qonaq edirdi. Zeta-Jones “Lacroix” imzalı bir
gəlin paltarı və tac geymişdi. Cütlük uzun illər və 2 uşağın ardından
hələ də birlikdə xoşbəxt həyat sürürlər.
Eddie Murphy və Nicole Mitchell:
Məbləğ: 1.5 milyon dollar
Kim: Komediyaçı Murphy və model Mitchell
Nə vaxt: 1993-ci il
Harada: Plaza Hotel / New York, görünən o ki, yüksək büdcəli məşhur nikahları üçün məşhur bir seçim
Bruce
Willis, Demi Moore və Prince kimi məşhur simaların qatıldığı qəbulda
cəmi 500 qonaq vardı. Gəlin 11 metr quyruğu olan bir gəlin paltarı
geyindi və qonaqlar gecə boyunca əyləndi. Murphy Plazanın xalçalarını
sırf toy təmasına uyğun gəlsin deyə ağa çevirtdirdi. 13 illik evlilikdən
sonra təəssüf ki, boşandılar.
Dünyanın ən bahalı toy tortu 500
min dollar dəyərində olub. 40 almaz və 10 mavi yaqutla bəzədilən toy
tortu rekordlar kitabına düşüb.