Home » , » Peyğəmbər Əfəndimizin müqəddəs Ramazan ayı haqqında dedikləri

Peyğəmbər Əfəndimizin müqəddəs Ramazan ayı haqqında dedikləri

Hər il bütün müsəlmanlar tərəfindən sevilərək qeyd olunan dinimizin ən əhəmiyyətli aylarından biri olan Ramazan ayı üçün Peyğəmbər Əfəndimiz nələr demişdir?

Sevgili Peyğəmbərimiz bir Şaban ayının sonunda Ramazan ayına girərkən səhabələrinə xitab edərək Ramazan ayının müqəddəsliyini və fəzilətini belə ifadə etmişdir:

- Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü.

- O ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir.

- Allah o ayda oruc tutmağı fərz etdi. Gecə ibadət etməyi (təravih namazı qılmağı) nafilə qıldı.

- O ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar.

- O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləmiş kimi savab qazanar.

- O, səbr ayıdır. Səbrin qarşılığı isə cənnətdir.

- O, köməkləşmə ayıdır.

- O ayda möminin ruzisi bollaşdırılar.

- O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər. Oruclunun savabından da heç bir şey əskik olmaz.

0 yorum:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...