
Sevgili Peyğəmbərimiz bir Şaban ayının sonunda Ramazan ayına girərkən səhabələrinə xitab edərək Ramazan ayının müqəddəsliyini və fəzilətini belə ifadə etmişdir:
- Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü.
- O ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir.
- Allah o ayda oruc tutmağı fərz etdi. Gecə ibadət etməyi (təravih namazı qılmağı) nafilə qıldı.
- O ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar.
- O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləmiş kimi savab qazanar.
- O, səbr ayıdır. Səbrin qarşılığı isə cənnətdir.
- O, köməkləşmə ayıdır.
- O ayda möminin ruzisi bollaşdırılar.
- O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər. Oruclunun savabından da heç bir şey əskik olmaz.
0 yorum:
Post a Comment