Dünyanın 140 şəhərində aparılan tədqiqatda stabillik,səhiyyə, mədəniyyət, ətraf-mühit, təhsil və infrastruktur kimi faktorlar
nəzərə alınıb.Nəticə “Economist Intelligence Unit”-ın 6 ay əvvəl apardığı sorğunun nəticələrindən elə də fərqlənməyib. Suriyanın paytaxtı Dəməşq 6 ay ərzində 13 yer geriyə düşərək siyahının ən aşağı pilləsində yer alıb. Buna səbəb şəhərdə aylardır davam edən intensiv döyüşlər və zorakılıq hallarıdır.
İlk 10-luqda yer alan şəhərlərə Avstraliyanın Melburn şəhəri başçılıq edir. Ümumiyyətlə, təkcə ilk 10-luqda Avstraliyanın 4, Kanadanın 3 şəhəri yer alıb.
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri :
1. Melburn, Avstraliya
2. Vyana, Avstriya
3. Vankuver, Kanada
4. Toronto, Kanada
5. Kalqari, Kanada
6. Adalaida, Avstraliya
7. Sidney, Avstraliya
8. Helsinki, Finlandiya
9. Pert, Avstraliya
10. Oklend, Yeni Zellandiya
No comments:
Post a Comment